Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 347 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 270, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 26 nəfər olub.
Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 5 nəfərdir.
