Bu ilin yanvar-iyun aylarında Bakıda ictimai iaşə dövriyyəsi 645,3 milyon manat olub.
İndex.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verib.
Bildirilir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 26,1% çoxdur.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 59%-i hüquqi şəxslərin, 41%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 17% artaraq 382,2 milyon manat olub.
