Bu ilin yanvar-mart aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1 milyard 639,3 milyon manat olub.
Bu barədə İndex.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə. Paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,3 % artıb.
Bu dövrdə hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 250,4 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 76,3 %-ini təşkil edib.
