Bu ilin yanvar-mart aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 290,6 milyon manat olub.
İndex.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bildirilib ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 23,2 % çoxdur.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 166,7 milyon manat olub. Bu da ümumi dövriyyənin 57,4 %-ini təşkil edib.
