Bu ilin yanvar ayında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10 % artaraq 77 milyon manat olub.

İndex.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 56,4 milyon manat olub ki, bu da, ümumi dövriyyənin 73,3 %-ini təşkil edib.

Xatırladaq ki, ötən ay ölkə üzrə ictimai iaşə dövriyyəsi illik müqayisədə real ifadədə 9,7 % artaraq 146,9 milyon manat olub.