PASHA Bank

Mühasibatlıq və Vergi üzrə Mütəxəssis

Son tarix 07 sen 2023 - 

İşiniz nədən ibarətdir?

  • Milli Mühasibat Uçotu Standartları və MHBS-ə uyğun olaraq daxili və xarici maliyyə və vergi hesabatlarının işlənib hazırlanması və razılaşdırılmış vaxt çərçivəsində təqdim olunması;
  • Bankın vergi siyasətinin tətbiq edilməsi;
  • Müvafiq hesabatların (mühasibatlıq və vergi) dəqiq və vaxtında təqdim olunması;
  • Şöbənin gündəlik proseslərinin daxili qaydalara və qanunvericiliyə əsasən icra müddətinə uyğun aparılması, günün, ayin bağlanması proseslərinin, mühasibatlıq və vergi əməliyyatlarının icrası;
  • Bankın gündəlik fəaliyyətində mühasibatlıq uçotunun aparılması;
  • Maliyyə uçotu siyasətinin MUBS və MUMS əsasında tətbiq edilməsi;
  • Bankın gündəlik inzibati əməliyyatlarının və kapital xarakterli xərclərinin düzgün uçotu;
  • Bankın əsas vəsaitlərin uçotunun aparılması və inventarizasiya işinə nəzarət;
  • Xarici auditorlara, vergi orqanlarına və yoxlama qurumlarına uçot sənədlərinin təqdim edilməsi;
  • Bankın məhsulları üzrə mühasibat modellərinə uyğun bankın struktur bölmələrinə məktubların yazılması;
  • Şöbənin gündəlik əməliyyatlarına və işinə aid bütün avtomatlaşdırmalarda iştirak və biznes tələblərinin yazılması;
  • Bankın bütün növ əməliyyat xərclərinin ödənilməmiş öhdəliklərinin, müqavilələr üzrə borcların hesablanması və hesab-fakturaların ödənilməsi;
  • Bankın bütün növ əməliyyat gəlirlərinin və alınacaq məbləğlər üzrə hesab-fakturaların yazılması, qaimələrin tərtibi.

Sizdən nə tələb olunur?

  • Təhsil: maliyyə və iqtisadiyyat üzrə ali təhsil.
  • Təcrübə: müvafiq sahədə ən azı 3 il iş təcrübəsi.
  • Xarici dil: ingilis, rus.
  • Kompüter bilikləri: Microsoft Office.
  • Məhsul biliyi: bank məhsulları və əməliyyatları üzrə biliklər.
  • Bazar biliyi: maliyyə bazarları üzrə biliklər.
  • Üstünlük verilir: ACCA /Dip İFRS/ CIMA sertifikatların mövcudluğu əlavə üstünlükdür.

 

Girovların İdarə Edilməsi üzrə Baş Mütəxəssis

Son tarix 07 sen 2023 - 

İşiniz nədən ibarətdir?

  • Əmlaklara baxış (ehtiyac olduqda) və yekun rəyin verilməsi də daxil olmaqla girovların qiymətləndirilməsinə nəzarət və icra olunması
  • Girov monitorinqinin vaxtında və yüksək keyfiyyətdə aparılması və icrası olunması
  • Əmlaklara baxış (ehtiyac olduqda) və yekun rəyin verilməsi də daxil olmaqla girovların qiymətləndirilməsinə nəzarət və icrası;
  • Girov monitorinqinin vaxtında və yüksək keyfiyyətdə aparılması və icrası;
  • Şərtlərə nəzarət və icrası (kredit verildikdən sonra bank tərəfindən müştəri üçün müəyyənləşdirilən şərtlərin həyata keçirilməsi);
  • Qiymətləndirilmə şirkətlərinə nəzarət edilməsi, idarə və müşahidə olunması;
  • Girovların sığortalanmasına nəzarət və koordinasiya;
  • Əmlak bazarı üzrə araşdırmaların həyata keçirilməsi;
  • Requlyatorun tələblərə əsasən girov portfelinin idarə olunmasına nəzarət;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımların atılması
  • Girov Portfelinin idarə edilməsi ilə bağlı digər məsələlər (SQO, rəhbər tərəfindən verilən tapşırıqların icra olunması. İcarə xərclərinin qiymətləndirilməsi, tikinti xərclərinin hesablanması/yoxlanılması, bankın digər struktur bölmələri tərəfindən verilən qiymətləndirilmə sifarişlərini baxılması və həyata keçirilməsi).

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
  • Tələb olunan iş təcrübəsi: 3 il
  • Lisenziya / Sertifikat: Müxtəlif növ əmlakların qiymətləndirilməsi, BQS, ACCA F3, ACCA F9 üzrə sertifikatların olmasına üstünlük verilir.
  • Xarici dillər: İngilis və ya Rus
  • Kompüter bilikləri: MS Office, Excel, Word və s.
  • Bazar üzrə biliklər: Tələb olunur
  • Başqa tələblər: Daşınmaz əmlak, avadanlıqlar üzrə texniki biliklər, tikinti, əmlak bazarı, kəmiyyət üzrə araşdırma.