Pakistanın şərqindəki Jaranvala şəhərində minlərlə müsəlmanın kilsələri yandırması və evləri dağıtması nəticəsində 100-dən çox adam saxlanılıb.

İndex.az xəbər verir ki, Jaranvalada zorakılıq iki xristian kişinin Qurandan səhifələri cırması iddiasından sonra alovlanıb.

Hadisələrin ertəsi günü şəhərdəki tarixi Qurtuluş Ordusu Kilsəsinin də yandırıldığı üzə çıxıb.

Şəhərdə gərginlik davam edərkən, hadisələrin baş verdiyi ərazilər tikanlı məftillərlə əhatə olunub.