Hindistan sakini “Titanik” gəmisi formasında özünə ev tikib.
İndex.az xəbər verir ki. Bu barədə “Oddity Central” nəşri yazır.
Bildirilib ki. Bu layihəni həyata keçirən Roy Mintin dediyi kimi, uşaqlıqdan “Titanik”ə bənzəyən bir evdə yaşamaq arzusunda olub. Yetkinlik yaşına çatdıqdan sonra, o, yenə də bu sərnişin laynerinə bənzəyən bir yaşayış evi tikmək qərarını verib.
Bununla belə, tikinti prosesi çətin keçib. Belə ki, mühəndislərin əksəriyyəti sifarişçinin planı ilə işləmək istəməyib və ya çoxlu pul istəyiblər. Buna görə də hindistanlı bu işlə özü məşğul olmaq qərarına gəlib.
Nəşr yazır ki, Mintu hörgü öyrənmək üçün Nepala gedib və sonra tikintiyə başlayıb. 13 ildir ki, pulu çatmadığı üçün layihəsini tamamlamağa çalışır. Buna baxmayaraq, o, bir gün ailəsi ilə birlikdə evə köçəcəyinə inanır.
“Tikintiyə nə qədər vəsait xərcləndiyini qeyd etməmişik. Düşünürəm ki, bu, 180 min dollardan az deyil”, - deyə kişi şərh edib.
“Titanik” pərəstişkarı yaxın illərdə evi tamamlamağa və əlavə gəlir mənbəyi kimi üst mərtəbədə kiçik restoran və ya çay evi açmağa ümid edir.
