Ötən il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bir sıra yerli və beynəlxalq banklar qarşısında 6 milyon 728 min manat məbləğində qalıq borc öhdəliklərini ödəyib.
İndex.az SOCAR-a istinadən xəbər verir ki, bu barədə nüfuzlu beynəlxalq audit şirkəti olan “Ernst & Young Holdings” (CIS) B.V. tərəfindən şirkətin maliyyə hesabatına verilən rəydə deyilir.
Bildirilib ki, bu məbləğə 2 milyon 550 min manat məbləğində istiqraz ödənişləri daxildir.
Həmçinin, SOCAR hesabat tarixindən sonra yerli və xarici maliyyə təşkilatlarından 3 milyon 857 min manat məbləğində yeni uzunmüddətli və qısamüddətli kreditlər əldə edib.
