Çinin kommersiya banklarının ümumi xalis mənfəəti 2023-cü ilin sonunda 3,2% artaraq 2,4 trilyon yuan (338 milyard dollar) təşkil edib.
İndex.az xəbər verir ki, bu barədə Çinin Dövlət Maliyyə Tənzimləmə İdarəsi məlumat yayıb.
Bankların kapitalının adekvatlıq əmsalı (xarici maliyyə institutlarının filialları istisna olmaqla) sentyabrın 14,77% göstəricisi ilə müqayisədə dekabrın sonuna 15,06%-ə yüksəlib.
Bununla yanaşı, bankların “ümiudsiz” kreditlərinin payı 1,61%-dən 1,59%-ə qədər azalıb.
Çinin bank sektorunun cəmi aktivləri ötən il 9,9% artaraq 417,3 trilyon yuana çatıb.
