Avropanın təyyarə istehsalçısı “Airbus” şirkətu 2023-cü ildə 735 mülki təyyarə tədarük edib.
İndex.az “İnterfax”a istinadən xəbər verir ki, bu da 2022-ci ilin göstəricisindən 11% çoxdur.
Şirkət özü isə tədarükləri 720 ədəd olacağını proqnozlaşdırmışdı.
Xüsusilə, 2023-cü ildə “Airbus” müştərilərə 68 dar gövdəli A220 və 571 A320, həmçinin 32 geniş gövdəli A330 və 64 A350 təyyarələri təqdim edib.
Şirkət ötən il 2 mindən çox təyyarə sifarişi alıb və dekabrın sonunda ümumi sifariş kitabçası 8 598 ədəd təşkil edib.
