Bu ilin avqust ayında dünya üzrə ən çox ziyarət edilən vebsaytların siyahısı açıqlanıb.

İndex.az “World of Statistics” nəşrinə istinadən xəbər verir ki, bu siyahıda ilk yeri hər zamankı kimi “Google” tutur.

15 vebsaytdan ibarət siyahına ikinci yerdə “YouTube” qərarlaşıb. Üçlüyü “Facebook” qapayır.

Məlumata görə, bu reytinqdə 4-cü yeri “Instagram”, beşinci yeri adını X olaraq dəyişən “Twitter” sosial şəbəkələri tutur.

Çinin “Baidu” sosial şəbəkəsi altıncı, “Wikipedia” sərbəst kontentli onlayn ensiklodepiyası isə yeddinci pillədə yer tutublar.

Bu siyahıya “Yahoo” axtarış sistemi səkkinci, onun rəqibi “Yandex” isə doqquzuncu olublar. “WhatsApp” isə ilk onluğu qapadıb.

Sonrakı yerləri siyahına böyüklər üçün kontentə malik “XVideos” 11-ci, “Pornhub” 13-cü, xnxx.com isə 14-cü yerdə olub.

ABŞ “Amazon” onlayn alış-veriş xidməti 12-ci yerdə qərarlaşıb.

“Reytinqin sonuncusu Çinin “Tiktok” video platforması 15 yerdə qərarlaşıb.