Bu ilin yanvar ayında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2023-cü ilin yanvar ayı ilə müqayisədə 7,4% artaraq 2 milyard 710 milyon manat olub.
İndex.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,5 % artaraq 1 milyard 463 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,3% artaraq 1 milyard 247 milyon manata bərabər olub.
İstehlak məhsullarının 33,6%-i hüquqi şəxs statuslu müəssisələrdə, 51,5%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,9%-i isə paytaxtın məhsul bazarlarında satılıb.
