1503-1566-cı illər arasında Fransanın cənubunda yaşamış və daha çox adının latınca tərcüməsi olan Nostradamus kimi tanınan Mişel de Nostredame kimyagər, görücü, tibb həkimi, herbalist, kosmetika və meyvə konservlərinin ixtiraçısı kimi tanınır.
XVI əsrin bu İntibah insanı bizim əsrə qədər qeyri-adi və sirli olaraq qalmışdır. Nostradamus 1503-cü il dekabrın 14-də Rene və Jak de Nostredamın oğlu olaraq anadan olub. Notarius olan atası imkanlı adam olduğundan onun uşaqlığı rahat keçib. Mişelin gələcəyi görmək qabiliyyəti ilk dəfə babaları Jan de Sent Remi və Pyer de Nostredam tərəfindən dəstəklənib. Jan və Pyer həm də Kral Rene və oğlunun fizikləri idilər. Babası ona qədim yunan, latın və ibrani dillərini, riyaziyyat və kimyagərliyi də öyrədib. Jean nəvəsinə demək olar ki, hər mövzuda dərs deyirdi; klassik ədəbiyyat, tarix, tibb, astrologiya və herbalizm.
Nostradamus ilk olaraq yəhudilərin Kabbala və kimyagərliyini öyrənərək xristian dünyasında qadağan olunmuş sənət və elmləri dadıb. 1522-ci ildə tibb təhsili almaq üçün Montpellier Universitetinə gedib. On doqquz yaşlı bu şagird babalarından aldığı təhsil və məktəbdə öyrəndikləri ilə həkim kimi çox uğurlu karyera qurub. Qarayara epidemiyası zamanı xəstələrini qan tökmək əvəzinə təmiz hava, su və bitkilərlə müalicə etməklə onun həkim şöhrəti daha da möhkəmlənmişdi.
1534-cü ildə İntibah dövrünün ən böyük alim və mütəfəkkirlərindən Jül Sezar Skaller tərəfindən Agenə dəvət edilmişdir. Daha sonra adını bilmədiyimiz qadınla ailə həyatı qurub və bu evlilikdən iki övladı var. Qarayara epidemiyası zamanı möcüzələr yaradan Nostradamus yeni epidemiyada həyat yoldaşını və iki uşağını xilas edə bilməyib. Bu, şəhərdə ona qarşı inamsızlığa səbəb olub. Epidemiya üçün yenidən gəldiyi Eksdə yenidən evləndi. O, Avropa səyahətləri illərində topladığı əşyaları da bura gətirdi: astrolablar, sehrli güzgülər, su tapmaq üçün çəngəllər, mis qablar, budaqlar, qədim peyğəmbərlər tərəfindən hazırlanmış ştativ... Gecə hamı yatdıqdan sonra, səhərə qədər yuxarıdakı otağında işləyirdi.
O, ömrünün sonuna kimi hər il almanax yazır. 1566-cı ilin iyununda Fransiskan monastırında öldü. Ölməzdən əvvəlki gecə heç kimi yaxın buraxmayıb, soruşanlara “Bu mənim son gecəmdir, məni rahat buraxın, səhər öləcəm” deyərək son öncəgörənliyini edib.
