Ölkə üzrə 1,1 mln. pensiyaçının 57%-i qadın, 43%-i kişidir.
Bu barədə İndex.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Xəbərə görə, aylıq əsaslarla sosial müavinət alan 446 mindən çox şəxsin 51%-i kişi, 49%-i qadındır. Aylıq əsaslarla təqaüd alan 395 min nəfərdən çox şəxsin isə 68%-i kişi, 32%-i qadındır.
