Nurgun Holding

Mühasib-operator

Son tarix 14 sen 2023 

İş barədə:

  • Gündəlik qaimə və qəbzlərin işlənməsi və kompüterə köçürülməsi;
  • Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;
  • Pul vəsaitlərinin, əmtəələrin, materialların və  başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotuna əks etdirmək;
  • Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
  • Maliyyə, kredit və kassa planlarının yerinə yetirilməsini təmin etmək.

Tələblər:

  • Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə);
  • İş təcrübəsi 1 ilə qədər;
  • Beynəlxalq mühasibatlıq və maliyyə standartlarını bilməli;
  • Kompüterdə sərbəst işləmək bacarığı (Excel, 1C)
  • Təhlil aparmaq bacarığı;
  • İnkişafa meyilli;
  • Ciddi, məsuliyyətli, dəqiq olmalı;
  • Yaş həddi 27-35 arası (YALNIZ BƏY NAMİZƏDLƏR)

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "Mühasib-operator" yazmaqla göndərə bilərlər.

 

İnsan resursları üzrə mütəxəssis

Son tarix 14 sen 2023 

İşin təsviri:

  • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi ilə bağlı sənədlərin rəsmiləşdirilməsi;
  • Elektron Hökumət Portalında işə qəbul, işdən azad və vəzifə dəyişikliyinin edilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və dəyişikliklərin müntəzəm olaraq qeydə alınması;
  • Müvafiq proqramda işçilərin məlumatlarının uçotu, dəyişdirilməsi və müxtəlif növ əmrlərin hazırlanması;
  • İşçilərin məzuniyyət, ezamiyyə, icazə sənədlərinin, xəstəlik vərəqələri üzrə sənədlərin, protokolların hazırlanması;

Tələblər:

  • Təhsil: Bakalavr – (Biznesin idarəedilməsi, İqtisadiyyat, İnsan Resurslarının idarəedilməsi)
  • Müvafiq sahə üzrə iş təcrübəsi: 1-2 il
  • AR Əmək Məcəlləsini əla səviyyədə bilmək;
  • ƏMAS portalında işləmək bacarığı;
  • MS Office (Excell, Word, Power Point) kompüter proqramlarını yaxşı səviyyədə bilmək;
  • 1C proqramı üzrə biliklər arzuolunandır;
  • Yüksək ünsiyyət qurmaq bacarıqları;
  • Operativ işləmə bacarığı;

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "İnsan resursları üzrə mütəxəssis" yazmaqla ünvanına göndərə bilərlər.