Bu ilin noyabr ayında Fransada Avropa İttifaqı standartlarına uyğunlaşdırılmış istehlak qiymətləri illik müqayisədə 3,8% artıb.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Insee milli statistika idarəsinin ilkin məlumatlarında deyilir.

Beləliklə, inflyasiyanın səviyyəsi oktyabrda olan 4,5%-lə müqayisədə azalıb.

“Trading Economics” xəbər verir ki, analitiklər noyabrda qiymət artımını orta hesabla 4,1% səviyyəsində qiymətləndiriblər.

Bu arada, Fransada istehlak xərcləri oktyabr ayında əvvəlki ayla müqayisədə 0,9% azalıb. Mütəxəssislər daha az əhəmiyyətli eniş gözləyirdilər.