Səhər ilk növbədə qəhvə içməyin risklərindən biri susuzluqdur. Araşdırmalar göstərir ki, kofeinin sidikqovucu təsiri var. Bu səbəbdən səhərlər ilk növbədə qəhvə əvəzinə su içmək məsləhət görülür.
İndex.az xəbər verir ki, ABŞ-dakı Qidalanma və Pəhriz Akademiyasının sözçüsü Farren Allen, bədənin su qəbulunun bir çox beyin və bədən funksiyaları üçün vacib olduğunu söyləyir. Qəhvənin digər mənfi təsiri də stress hormonu kimi tanınan kortizolun ifrazına səbəb olmasıdır.
Yəni səhərlər qəhvə içmək insanlarda stress səviyyəsini artıra bilər. Mütəxəssislər deyirlər ki, qəhvəni səhər oyanan kimi deyil, bir neçə saat sonra içmək lazımdır.
