Yaponiyanın “Nissan” şirkətinin idman bölməsi 2024-cü ilin modeli olan “Z Nismo” kupesini rəsmi olaraq təqdim edib.

İndex.az xəbər verir ki, bu barədə brendin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “Nismo” versiyası Z sportkarının adi versiyasından orijinal bamperlər, yan ətəklər və arxa spoyler, 19-düymlük Rays təkərləri ilə fərqlənir. Avtomobil qara, ağ, gümüşü, qırmızı və eksklüziv boz kuzov rənglərində mövcuddur.

Salon Alcantara bəzəkli “Recaro” idman oturacaqları ilə təchiz edilib.

Kapotun altında doqquz pilləli avtomatik transmissiya ilə birləşdirilmiş 420 at güclü benzin turbo mühərriki mövcuddur. “Nissan Z Nismo”nun satışı bu ilin sentyabrında başlamalıdır. Avtomobilin qiyməti hələlik məlum deyil.