Ötən ay Niderlandın Rotterdam limanında həyata keçirilən əməliyyatda bazar dəyəri 600 milyon avro olan kokain ələ keçirilib.

İndex.az xəbər verir ki, Rotterdam Prokurorluğunun məlumatına görə, 8644 kiloqram kokain Niderlandda indiyə qədər bir əməliyyatda ələ keçirilən ən böyük narkotik maddədir.

Prokurorluqdan verilən açıqlamada narkotikin Ekvadordan yola düşərək Panama üzərindən Rotterdama çatan banan dolu konteynerdə tutulduğu bildirilib.

Prokurorluğun məlumatına görə, iyulun 13-də Rotterdam limanında gömrükçülər xüsusi təlim keçmiş itlərlə banan yüklənmiş konteynerlərə baxış keçiriblər.