Braziliyalı ulduz Neymar Boliviya ilə oyun öncəsi açıqlamalar verib.
İndex.az xəbər verir ki, Neymar Səudiyyə Ərəbistanı Liqasının Fransa Liqasından daha yaxşı vəziyyətdə ola biləcəyini deyib.
"Futbol topu hər yerdə yuvarlaqdır, Səudiyyə Ərəbistanı Liqasını təşkil edən ulduzları nəzərə alsaq, Liqa 1-dən daha yaxşı olması mümkündür. Mən ora ilk dəfə gedəndə Fransa Liqası da daha yaxşı vəziyyətdə idi. Dedilər ki, asan olacaq, amma ən çox əziyyət çəkdiyim yer Fransa oldu.
Səudiyyə Ərəbistanına uyğunlaşmaqda çətinlik çəkinəcəyimi düşünmürəm. Mən ərəb dilini bilmirəm, amma Fransada 5-6 ildən sonra fransızca öyrənə bilmədim, yəqin ki, yenə belə olacaq. İndi yeni mədəniyyət kəşf etdiyim üçün xoşbəxtəm. Məni çox yaxşı qarşıladılar və seçimimdən məmnunam”.
