Keçən il "Netflix" ABŞ da daxil olmaqla 12 fərqli ölkədə ayda 7 dollara reklam dəstəkli plan təqdim etdi.

İndex.az xəbər verir ki, məqsədi daha çox istifadəçiyə çatmaq olan bu tədqiqatların texnologiya və satış ortaqlığını "Microsoft" öz üzərinə götürdü. Şirkətin gəlir zəmanəti təklif etməsindən sonra edilən bu müqavilə, "Netflix"in reklam siyasətlərini dəyişmək istəməsindən sonra yenidən müzakirə edildi.

"Microsoft" layihədəki tərəfdaşlığı çərçivəsində ondan gözlənilən performansı tam nümayiş etdirmədi. Nəinki kifayət qədər müştəri portfeli yarada bilmədi, həm də təklif olunan gəlir zəmanəti səbəbindən proses çərçivəsində şirkətə əlavə bir yük oldu.

Bütün bu məsələlər nəticəsində "Netflix" sözügedən razılaşmaya yenidən baxılması lazım olduğu qənaətinə gəlib. Şirkət "Microsoft" ilə davam etdirəcəyi siyasətləri nəzərdən keçirərkən, müxtəlif biznes sövdələşmələri üçün zəmin hazırlayaraq bir sıra ağlabatan təkliflər də aldı. Bu vəziyyət şirkətin birdən çox şirkətlə işləməyə hazırlaşdığını ortaya qoyur.