Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 586 min 349,62 ton həcmində neft məhsulları ixrac edib.

İndex.az Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 340 milyon 736,41 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-iyul ayları ərzində ixrac edilən neft məhsullarının həcmi 2022-ci ilin ilk 7 ayı ilə müqayisədə 64,9 %, dəyəri isə 55 % çoxdur.

Yanvar-iyul ayları ərzində neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,64 % olub.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 333 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 7 aylıq xarici ticarət dövriyyəsinin 20 milyard 777 milyon ABŞ dolları ixracın, 9 milyard 556 milyon ABŞ dolları isə idxalın payına düşüb.