İraq Kürd Regional Rəhbərliyinin (KRH) Xarici Əlaqələr Şöbəsinin rəhbəri Sefin Dizayi İraqın KRH neftinin ixracının dayandırılması səbəbindən təxminən 5,5 milyard dollar zərər çəkdiyini bildirib.

İndex.az xəbər verir ki, mövzu ilə bağlı mətbuat mənsublarına açıqlama verən Dizayi qeyd edib ki, neft axınının yenidən başlaması üçün səylər davam edir:

“Bağdad rəsmi olaraq hazır olduqlarını bildirir, lakin hələlik heç bir əməli addım atmayıb”.

Dizayi bildirib ki, İraq KRH neftinin ixracının dayandırılması səbəbindən martın 25-nə qədər təxminən 5,5 milyard dollar maliyyə itkisinə məruz qalıb.

Parisdə yerləşən Beynəlxalq Arbitraj Məhkəməsinin Türkiyə ilə İraq arasında neft ixracı ilə bağlı verdiyi qərardan sonra martın 25-də İraqdan Ceyhan limanına neft axınının dayandırıldığı bildirilib.