Bu il iyulun 1-ə Naxçıvanda kredit qoyuluşu 378,075 milyon manat təşkil edib.

İndex.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 30,1% çoxdur.

Kredit qoyuluşunun 7,43 milyon manatının vaxtı keçib. Bu isə 1 il əvvələ nisbətən 17,2% azdır.