ABŞ-ın Montana ştatının qubernatoru Qreq Qianforte çərşənbə günü ştatda “TikTok”u qadağan edən qanunu imzalayıb.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, Montana sakinlərinin məxfiliyini Çin Kommunist Partiyasından qorumaq üçün o, “TikTok”u qadağan edib, deyə Qianforte tvit yazıb.

Beləliklə, Montana tətbiqi qadağan edən ilk ABŞ ştatı olub.

Məlumata görə, yanvarın 1-də qüvvəyə minəcək qanun “TikTok”un Montana ştatında fəaliyyət göstərməsini, “Apple App Store” və “Google Play Store” kimi proqram mağazalarının isə onu ştatda yükləmək üçün əlçatan etməsini qadağan edir.

Qanunun pozulması gündəlik  10 000 dollara qədər cərimə ilə nəticələnə bilər. Bununla belə, cəzalar istifadəçilərə şamil edilməyəcək.