İtaliyanın təkər istehsalçısı “Pirelli & C SpA” şirkəti bu ilin yanvar-iyun aylarında xalis mənfəətini ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% artıraraq 242,6 milyon avroya çatdırıb.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, hesabat dövründə şirkətin gəliri 7,5% artaraq 3,438 milyard avroya çatıb.

Yenilənmiş edilmiş EBIT bir il əvvəlki 479,1 milyon avrodan 517,4 milyon avroya yüksəlib. EBIT marjası 15,1% səviyyəsində qalıb.

İkinci rübdə “Pirelli”nin xalis mənfəəti 3,6% artaraq 127,6 milyon avroya, gəliri isə 3,7% artaraq 1,738 milyard avroya çatıb.

Həmçinin bildirilir ki, “Pirelli” 2023-cü il üçün gəlir proqnozunu aşağı salıb və onun 6,5-6,7 milyard avro aralığında olacağını gözləyir. Daha öncəki proqnoz 6,6-6,8 milyard avro idi.