Azərbaycan bazarına yeni bir istehsalçı gəlir.
İndex.az xəbər verir ki, Cənubi Qafqazda ilk dəfə olaraq yeni yaradılacaq “KHAYALVAN CONSTRUCTİON MMC” Azərbaycanda yerli istehsalçı olaraq qoşqu, yarımqoşqu və karavanların istehsalı ilə məşğul olacaq.
Bundan əlavə olaraq, şirkət Kənd Təsərrüfatı üçün yararlı qoşquların, habelə arıçılıq təsərrüfatı üçün mobil arıxana (Arı yeşiklərinin daşınması və arıçı üçün ev), suvarma sistemi, məhsul yığımı, mobil genarator və s. qoşquların istehsalı nəzərdə tutulur.
Şirkət bir neçə aydan sonra öz məhsullarının təqdimatını məhz elə Qarabağda etməyi planlaşdırır.
Qeyd edək ki, “KHAYALVAN CONSTRUCTİON MMC” 2020-ci ilin dekabrında 42 yaşında koronavirusdan vəfat edən tanınmış iş adamı, biznes məsləhətçisi, sığorta mütəxəssisi və təlimçisi Xəyal Məmmədxanlının adı ilə bağlıdır. Şirkətin təsisçiləri isə Rəşad Quliyev və Xəyalın qardaşı Vűqar Məmmədxanlıdır.

