Çin Dövlət Bazarı Tənzimləmə Administrasiyasının (SAMR) verdiyi açıqlamaya görə, "Mercedes-Benz" Çində satılan 3000-dən çox tam elektrik avtomobil modelini geri çağırmaq qərarına gəlib. Alman istehsalçısı bu əməliyyatla Çində satılan iki fərqli avtomobili geri çağıracaq.

İndex.az xəbər verir ki, ilk geri çağırma Çinə idxal edilən 2324 tam elektrik EQS sedanını əhatə edir. Elektrikli sürücü modulunun proqram probleminə görə sıradan çıxa biləcəyi, avtomobilin güc itkisinə səbəb ola biləcəyi və qəza riskini artıra biləcəyi ifadə edilir.

Qeyd edək ki, "Mercedes-Benz" keçən ay Elektron Sabitlik Proqramı (ESP) proqram təminatı probleminə görə Çindən idxal edilən 30 mindən çox S-Class və EQS avtomobilini geri çağırıb. İyun ayında ABŞ-da oxşar problemlə əlaqədar şirkət EQE, EQS və EQS SUV modellərini yeniləmək üçün səlahiyyətli xidmətlərə dəvət etdi.