Səudiyyə Ərəbistanı Liqası komandaları futbol tarixində yeni rekord qırmağı planlaşdırır.

İndex.az xəbər verir ki, "Əl-İttihad", Məhəmməd Salah üçün rekord təkliflə Liverpola gəlir.

"İnews"un məlumatına görə, "Əl-İttihad" Məhəmməd Salah üçün 175 milyon avroluq təklifi rədd edən "Liverpul"a  yeni təklif edəcək.

Xəbərin davamında o, "Əl-İttihad"n edəcəyi təklifin Neymara məxsus 222 milyon avroluq rekordu qıraraq 230 milyon avro təklif edəcəyini iddia edilib.

7 mövsüm "Liverpul"da çıxış edən Məhəmməd Salah 309 rəsmi matçda 188 qol vurub və 76 məhsuldar ötürmə edib.