Fransa mətbuatının yazdığına görə, Kilian Mbappe son mövsümünü "Paris Saint-Germain"də keçirir.

İndex.az xəbər verir ki, mövsümün sonunda ayrılacağı gözlənilən futbolçu ilə klub arasında bonusların ləğvi ilə bağlı razılıq əldə olunub.

"L'Equipe" qəzetinin məlumatına görə, "Paris Saint-Germain" ilə Mbappe arasında centlmenlik müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçu bu mövsümdə qalib gəlmə ehtimalı olan 100 milyon avrodan yuxarı bonuslardan imtina edib.

2024-cü ilin yayında PSJ-dən ayrılacağı gözlənilən Mbappenin "Real Madrid"ə transfer olunacağı bildirilir. Digər tərəfdən, iddialara görə, "Liverpul" da transfer yarışında ortaq ola bilər.