Yumurta və yağın bahalaşması ilə əlaqədar Rusiyada mayonez 5-12% bahalaşacaq.
İndex.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri əsas mayonez istehsalçısı “Essen Production AG” şirkətinə (“Maxeyev” brendi) istinadən xəbər verir.
Şirkət əsas inqrediyentlərin bahalaşması ilə əlaqədar avqustun 21-dən mayonez və digər sousların qiymətini 5-10% artırmaqla bağlı pərakəndə satıcılara xəbərdarlıq edib. Restoran biznesi üçün nəzərdə tutulan məhsullarda da qiymətlər 8-10% artacaq.
Nəşrin məlumatına görə, istehsalçı “Efko” şirkəti (“Sloboda” brendi) də satış qiymətlərini 10%, NMGK şirkəti (“Ryaba” və “Astoria” brendləri) isə 12% artıracaq.
Qeyd edək ki, bu şirkətləri istehsalları olan bu brendlər Azərbaycan bazarında da satılır. Bu səbəbdən də bu məhsulların qiymətinin Azərbaycanda da bahalaşacağı qaçılmazdır.
