“Qalatasaray”ın məşhur futbolçusu Mauro İkardi bu yaxınlarda dünyanın ən nadir və ən bahalı avtomobillərindən biri olan “Rolls-Royce Boat Tail”i alıb.

İndex.az xəbər verir ki, dünyada “Rolls-Royce Boat Tail” avtomobillərindən yalnız üç ədəd var.

İkardinin bu alış üçün təqribən 30 milyon dollar ödədiyi, avtomobilin heyranedici dizaynı və özünəməxsus xüsusiyyətləri ilə diqqət çəkməyi bacardığı bildirilir.