Mask İtaliyada "Qədim Roma" mövzusu ilə gündəmə gətirilən qəfəs döyüşü ilə bağlı Zukerberqlə bağlı açıqlama verib.

İndex.az xəbər verir ki, İtaliyanın mədəniyyət naziri Gennaro Sangiulianonun avqustun 11-də qəfəs döyüşü ilə bağlı tvitinə cavab verən Mask, Sangiulianoya nəzakətinə və belə bir mədəni əyləncə təşkilatını planlaşdırmaq istəyinə görə təşəkkür etdi.

O, həmçinin Zukerberqə də sataşıb: “Qədim Romanın tarixini təbliğ etməklə yanaşı, biz həm də Amerika veteranları və İtaliyadakı uşaq xəstəxanaları üçün pul yığmaq istəyirdik. Zukerberq bu yanaşma ilə maraqlanmadığı üçün təklifi rədd etdi”.

Mask həmçinin deyib: “Zukerberg yalnız UFC tədbiri təşkil edərsə döyüşmək istəyir. İstənilən döyüşə hazıram”, - deyə o bildirib.