Dünyanın ən varlı adamı İlon Mask, sahibi olduğu X sosial media platformasının (keçmiş Twitter) tezliklə tam ödənişli ola biləcəyini söylədi.
İndex.az xəbər verir ki, Mask iddia edib ki, botlarla və ya "avtomatlaşdırılmış" hesablarla mübarizə aparmağın yeganə yolu X üçün ödəniş sistemi hazırlamaqdır.
Mask sistemin istifadəsi üçün kiçik aylıq ödəniş almağa başlayacaqlarını bildirib.
X-nin sahibi bu barədə ABŞ-ın Kaliforniya ştatında İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı açıqlama verib və İsraili texnologiya sektorunda aparıcı roluna görə tərifləyib.
