İlon Mask 2018-ci ildə "Tesla" haqqında etdiyi paylaşım ona baha başa gəlib.

İndex.az xəbər verir ki, paylaşımda Mask bütün şirkəti bir səhm üçün 420 dollara ala biləcəyini və hətta bunun üçün vəsait təmin etdiyini bildirib.

Bu vəziyyət "Tesla" səhmdarlarını narahat edib. Çünki investorlar bu bəyanata görə mövqe tutmalı idilər. Bu proses də İlon Maska milyonlarla dollara başa gələcək.

Mask və ya investorların yeni etirazı olmasa, 3350 investora adambaşına 12400 dollar ödəməli olacaq. Bu, ümumilikdə 40 milyon dollardan çox ödənişə bərabərdir. İlon Mask üçün bunun o qədər də böyük pul olmadığını deyə bilərik.