147 il əvvəl Britaniyanın "HMS Challenger" gəmisi tərəfindən kəşf edilən çuxur o vaxtdan bəri minlərlə elmi araşdırmanın mövzusu olub.

Tədqiqat vasitələrinin indiyə qədər enə bilmədiyi bu çuxur 10.994 metr hündürlüyü ilə dünyanın ən dərin nöqtəsi olaraq qəbul edilir.

Mariana çuxurunun böyük hissəsinin yerləşdiyi Quam adası ABŞ ərazisi olduğu üçün ABŞ-ın himayəsindədir. 2009-cu ildə ABŞ prezidenti Corc Buş tərəfindən qurulan Dəniz Milli Abidəsi ilə dənizin dibi və təxminən 506.000 kvadrat kilometr ərazini əhatə edən adalar ABŞ-ın himayəsi altına alınıb.

Filippinin şərqində Qərbi Sakit okeanda və Mariana adalarından təxminən 200 kilometr şərqdə yerləşən Mariana çuxurunun eni orta hesabla 69 kilometrdir. Okeanın səthi ilə çuxurun ən dərin nöqtəsi olan Challenger Deep arasındakı məsafə təxminən 11 kilometrdir.

Marina çuxuru tektonik plitələr adlanan iki böyük okean plitəsinin toqquşması nəticəsində yaranmışdır. Bu iki plitənin toqquşduğu nöqtədə çox dərin bir çuxur meydana gəlir. Qısaca olaraq, Sakit Okean plitəsi Filippin plitəsinin altına enərək bu dərin çökəkliyi yaratdı.

Mariana çuxurundakı adalar arasında müxtəlif sualtı vulkanlar var. Bu sualtı vulkanlardan təxminən 103 dərəcə Selsiyə yaxın mayelər çıxır. Bundan əlavə, bəzi tədqiqatçılar bu vulkanların planetimizin ilk həyat formaları üçün uyğun şərait yarada biləcəyini düşünürlər.

Son illərdə aparılan tədqiqatlar Mariana çuxurunun son dərəcə sərt şəraitində müxtəlif həyat növlərini aşkar edib. 2012-ci ildə Mariana çuxuruna eniş edən Ceyms Kemeronun dalğıc görüntülərini araşdıran elm adamları, Mariana çuxurunun ən dərin nöqtələrində yaşayan canlıların tam qaranlıqda və çox yüksək təzyiqdə yaşaya bildiyini bildiriblər. Bəzi mikrobların metan və ya kükürd kimi kimyəvi maddələrlə qidalandığı da məlumdur.

Dənizlərin və okeanların çirklənməsi hamımıza yaxşı məlum olan böyük problemdir. Təəssüf ki, bu çirklənmə hətta dünyanın ən dərin nöqtəsinə, Mariana çuxuruna çatmışdır. Araşdırmalarda Mariana çuxurnda metal və plastik materiallar da daxil olmaqla çoxlu tullantı materialları aşkar edilib. Suyun çirklənməsinin hətta bu nöqtələrə çatması kifayət qədər narahatlıq doğurur.

Dünyanın ən hündür nöqtəsi olan Everest zirvəsi Mariana çuxuruna yerləşdirilə bilsəydi, zirvənin bir hissəsi hələ də su altında qalacaqdı. Yəni dəniz səviyyəsindən təqribən 8848 metr hündürlükdə olan Everest dağı Mariana çuxuruna çox asanlıqla sığa bilir.

Bildiyiniz kimi, Yerin iki qütbü var. Bununla belə, bir çox elm adamı Mariana çuxurunu Yerin dördüncü qütbü hesab edir. Dünyanın üçüncü qütbü hesab edilən yer Everestdir. Başqa sözlə, Everest və Mariana çuxuru Yerin geomorfik qütbləridir.

1960-cı ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin Trieste adlı sualtı qayığı Mariana xəndəyinə enib. Ümumilikdə 4 saat davam edən eniş zamanı təzyiqdən sualtı qayığın müşahidə şüşələrindən biri qırılıb, lakin qoşa şüşə istifadə edildiyi üçün heç bir problem yaşanmayıb. Təxminən 52 il sonra məşhur rejissor Ceyms Kameron avstraliyalı mühəndislərlə birlikdə hazırladıqları Deepsea Challenger maşını ilə çuxura enib.

Mariana çuxurunda Xenophyophorea (Dəniz amyobası), Amfipoda (Kiçik xərçəngkimilər) və kiçik dəniz xiyarları yaşayır. Bu dərinlikdə yaşayan canlılar yüksək təzyiq və qaranlıqda müxtəlif kimyəvi maddələri və ya qida zəncirindən daha aşağı olanları istehlak edərək həyatlarını davam etdirirlər. Bütün bunlara əlavə olaraq, yaratdığımız çirklənmə səbəbiylə müxtəlif plastik materiallar var. Başqa sözlə desək, Mariana çuxurunun dibinə enib onu təfərrüatlı şəkildə müşahidə edə bilsəydik, qarşılaşacağımız şeylər bunlar olardı. Təbii ki, sonrakı illərdə müxtəlif kəşflər edilə bilər, lakin indiyə qədər yüksək təzyiq səbəbindən Mariana çuxurunun dibinə səfərlər qısamüddətli olub.