Həftənin sonuncu “Açıq mikrofon” aksiyası Lerik rayonunun Qələbin kəndində baş tutub.

Görüşdə Qələbin sakinləri ilə yanaşı, Əliabad, Siyov və Hovil kəndlərindən üz tutan vətəndaşların da müraciətləri dinlənilib.

Çıxış edənlər sözügedən 4 kəndin qazlaşdırılmasını xahiş ediblər.

Ünvanlanan sualları SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri cavablandırıb, vətəndaşlara ətraflı izahatlar verilib.