2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 37,4 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub .
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin yanvar-iyul aylarının göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur.
Məlumata görə, 2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 743,6 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. 2022-cü ilin yanvar-iyul ayları ilə müqayisədə bu sahədə 1,7 % artım müşahidə olunub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 16,7 % artaraq 318,9 milyon manat təşkil edib.
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 15 milyard 342,9 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 0,3 % çoxdur. Bunun 14 milyard 819,5 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 0,2 % çoxdur.
Bunun 13 milyard 653,6 milyon kVt/saatı istilik elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 0,5 % çoxdur.
Bunun 1 milyard 089,3 milyon kVt/saatı isə su elektrik stansiyalarının istehsalıdır ki, bu da 2022-ci ilin yanvar-iyul aylarının göstəricisi ilə müqayisədə 5,1 % azdır.
2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 39,2 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub. Bu, 2022-ci ilin 7 ayının göstəricisi ilə müqayisədə 6,2 % çoxdur.
