Bu ilin yanvar-fevral aylarında Türkiyənin Konya şəhərindən Azərbaycana 8 milyon 69 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

İndex.az bu barədə Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir.

Bildirilib ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 15,1 % çoxdur.

Həmçinin cari ilin fevralında Türkiyədən ölkəmizə 4 milyon 438 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 87,1 % artım deməkdir.