Kiberhücum dövrümüzün ən böyük təhlükələrindən birinə çevrilib. Azərbaycanda da istər fərdi şəxslər, istərsə də dövlət qurumları və ya özəl şirkətlər kiberhücumlara məruz qalır.
Bəs kiberhücumlar ən çox fərdi şəxslərə yoxsa dövlət qurumları və ya özəl şirkətlərə qarşı həyata keçirilir?
İndex.az xəbər verir ki, "Kaspersky" şirkətinin Azərbaycan üzrə nümayəndəsi Müşviq Məmmədov jurnalistlərlə keçirilən mətbuat konfransında bildirdi ki, hər iki tərəfə qarşı kiberhücumlar həyata keçirilir:
"Fərdi şəxslər də kiberhücumlara məruz qalırlar. Onlara edilən hücumlar daha sadədir. Lakin müəssisələrə, məsələn banklar ya da hansısa dövlət qurumlarına edilən hücumlar, iki qatdır. Müasir dövrdə hansısa şirkətin və ya dövlət qurumunun sisteminə daxil olmaq üçün əsasən əvvəlcə fərdi işçilərin cihazlarına hücum etdikdən sonra ümumi sistemə yayılırlar".
