Yanvarın 22-də, saat 11:00-da “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İndex.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 2E ünvanındakı inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə “Kapital Bank”ın 2022-2026-cı illər üzrə strateji planının, strateji baxış və missiya bəyanatının, Müşahidə Şurasının bəyanatının yenilənməsi və digər məsələlər daxildir.