Kanadanın böyük şəhərlərindən biri idarəolunmaz meşə yanğını səbəbindən boşaldılır.
İndex.az xəbər verir ki, Yellowknife sakinlərinə cümə günü günortaya qədər şəhəri tərk etmək üçün son tarix verilib.
Şəhərdə 20 minə yaxın insan yaşayır.
Çərşənbə gününün sonuna olan məlumata görə, alov şəhərdən 17 kilometr aralıdadır.
