"Amazon" şirkətinin qurucusu, milyarder iş adamı Ceff Bezos Mayamidə süni ada olan "Indian Creek"də dənizkənarı malikanə alıb.

İndex.az xəbər verir ki, "Bloomberg" anonim bir qaynağa əsaslanaraq məlumat verib ki,  Bezos bu mülk üçün 68 milyon dollar ödəyəcək.

Mənbə onu da bildirib ki, Bezos regionda başqa alışlar etməyi düşünür.

Jeff Bezos dünyanın üçüncü ən zəngin adamıdır və bu yeni ünvanda Bezosun özü kimi çoxlu milyarder və məşhur qonşuları olacaq. Məhəllə elit və həddindən artıq varlı sakinlərinə görə "Milyarderlər ziyarətgahı" ləqəbini alıb.