JAC avtomobil istehsalçısı şirkəti avqustun 25-də Çinin Çendu avtosalonunda yeni “Refine RF8” minivenini təqdim edəcək.
İndex.az xəbər verir ki, bu barədə autohome.com.cn nəşri məlumat yayıb.
Avtomobilin uzunluğu 5 200 mm olacaq. Miniven geniş radiator barmaqlığı, LED faralar və sürüşən yan qapılar əldə edəcək.
İstəyə bağlı olaraq, avtomobilin damı ağ rəngə boyana bilər. Salonda təyyarə sükanına bənzər sükan (şturval) var, ön paneldə isə böyük multimedia ekranı mövcuddur.
Avtomobilin texniki xüsusiyyətləri hələlik açıqlanmayan hibrid və elektrik güc aqreqatları ilə təklif olunacaq. “Refine RF8” miniveninin nə vaxt satışa çıxacağı təqdimat zamanı məlum olacaq.
[embed]https://www.youtube.com/watch?v=NZgOTsorGgg&t=40s[/embed]
