Azərbaycan iyul ayından Pakistana güzəştli qiymətlərlə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə başlayacaq.
İndex.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistanın baş naziri Şahbaz Şərifin ofisinin yaydığı bəyanatda deyilir.
Məlumatda deyilir ki, Azərbaycandan LNG idxalına başlanması bu ay Rusiyadan neftin ilk partiyasını aldıqdan sonra Pakistanın enerji ehtiyaclarını ödəməkdə əldə etdiyi ikinci böyük nailiyyət olub.
LNG-nin tədarükü Pakistan Dövlət Neft Şirkəti (PSO) ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında bağlanmış müqavilə əsasında həyata keçiriləcək.
Sənəd Pakistan hökuməti başçısının iyunun 15-də başa çatan Bakıya iki günlük rəsmi səfəri zamanı açıqlanıb. Şərif və Azərbaycan prezidenti İlham Əliyev enerji, ticarət, investisiya, mülki aviasiya və digər sahələrdə əməkdaşlıq haqqında razılığa gəliblər.
