İtaliyada hökumət yüksək faiz dərəcələrindən böyük gəlir əldə edən banklardan birdəfəlik 40 faiz mənfəət vergisi tutacaq.

İndex.az xəbər verir ki, bu qərardan sonra ölkənin ipoteka, yəni ev krediti verən iri banklarının səhmlərində azalma müşahidə olunub.

Ölkənin iki ən böyük bankı olan "Intesa Sanpaolo"nun səhmləri 8 faiz, "UniCredit"in səhmləri isə 6,5 faiz azalıb.

Hökumət birdəfəlik vergidən gələn gəlirin yüksək faizdən əziyyət çəkən ailələrə xərclənəcəyini açıqlayıb.