İsveç Quranın yandırılmasına reaksiyalara görə terror təhlükəsi səviyyəsini artırıb.
İndex.az xəbər verir ki, İsveç Milli Təhlükəsizlik Xidməti (SAPO) ölkənin prioritet hədəfə çevrildiyini əsas gətirərək, beş səviyyəli təhlükəsizlik sistemində təhlükə səviyyəsini dördə qaldırıb.
SAPO-nun rəhbəri Şarlotta fon Essen deyib: “Bizim bu qərarı qəbul etməyimizə səbəb hücum təhlükələrini nəzərə alaraq vəziyyətin pisləşdiyini aşkar etməyimiz və təhdidlərin daha uzun müddət davam edəcəyini qiymətləndirməmizdir”.
Ayrı bir mətbuat konfransında çıxış edən İsveçin baş naziri Ulf Kristersson "bəzi planlaşdırılan terror aktlarının qarşısı alındığını" deyib.
