Çində “iPhone 14” smartfon istifadəçiləri “Apple” şirkətinə qarşı kollektiv şikayət ediblər.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, iddiaların mahiyyəti ondan ibarətdir ki, cihaz (hətta praktiki olaraq yeni, qutudan çıxmış vəziyyətdə) öz-özünə sönüb yanır. Telefon bunu gündə 1-2 dəfə tez-tez edir.
İstifadəçilərin fikrincə, telefonun tez-tez sönməsi və yenidən qoşulmasının səbəbi proqram təminatı deyil, əksinə aparatla bağlıdıdr.
İnsanların satıcılara müraciət etməsi təbiidir, lakin onlar müxtəlif səbəblərdən təmirdən imtina edirlər. “Apple”ın özü və onun rəsmi nümayəndələri hələlik problemlə bağlı şərh verməyiblər.
