2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin İstanbul şəhərindən Azərbaycana 973 milyon 684 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.
İndex.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 0,2 % azdır.
Həmçinin cari ilin oktyabr ayında İstanbuldan ölkəmizə 117 milyon 766 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 12,6 % çoxdur.
